...

Avropa İttifaqının xüsusi nümayəndəsi Gürcüstanın bütün siyasi qüvvələrini seçkinin nəticəsinə hörmət etəmyə çağırır

Siyasət Materials 14 Yanvar 2008 18:18 (UTC +04:00)
Avropa İttifaqının xüsusi nümayəndəsi Gürcüstanın bütün siyasi qüvvələrini seçkinin nəticəsinə hörmət etəmyə çağırır

Azərbaycan, Bakı, 14 yanvar / Trend , müxbir K.Ramazanova / Avropa İttifaqının xüsusi nümayəndəsi Gürcüstanın bütün siyasi qüvvələrini seçkinin nəticəsinə hörmət etəmyə və ölkənin gələcək inkişafında iştirak etməyə çağırır. Bu barədə bazar ertəsi Avropa İttifaqının xüsusi nümayəndəsi Piter Semnebi Belçikadan telefonla bildirib.

"Siyasi qüvvələr arasında danışıqlar - bu prosesin əsas hissəsidir", - o bildirib.

Yanvarın 5-də Gürcüstanda keçirilən növbədənkənar seçkinin nəticəsində, Mixail Saakaşvili prezident seçilib.

Aİ-nin xüsusi nümyəndəsi, bu il keçiriləcək parlament seçkisinin uğurlu keçirilməsini təmin edilməsi üçün Gürcüstana bütün tədbirlərin görülməsinə çağırıb.

Semnebi Gürcüstan hökumətinin ATƏT/ İHDİBİ-in müşahidə qrupu ilə əməkdaşlıq edilməsini yüksək qiymətləndirir və yaranan problemlərin dərhal aradan qalıdrılmasını istəyir.

ATƏT-in müşahidəçiləri 5 yanvar seçkisindən dərhal sonra bildiriblər ki, ümumilikdə, prezident seçkiləri beynəlxalq standartlara cavab verib, lakin seçki prosesində bir sıra məsələlərin qısa müddətdə nizamlanmasını vacib hesab edirlər.

Gürcüstnada noyabrın əvvəlində müxalifətin çoxgünlük mitinqlər keçirməsi, etiraz aksiyalarının yatırılması və ölkədə fövqəladə vəziyyət elan edilməsi, Saakaşvilini vaxtından əvvəl- yanvarın 5 -də prezident seçkisinin keçirilməsi qərarını verməyə vadar edib.

Xəbər lenti

Xəbər lenti