...

Beynəlxalq təşkilatlar İlham Əliyevin yenidən prezident seçiləcəyi qənaətindədir-Azərbaycanın hakim partiyasının sədr müavini

Siyasət Materials 21 Yanvar 2008 13:03 (UTC +04:00)
Beynəlxalq təşkilatlar İlham Əliyevin yenidən prezident seçiləcəyi qənaətindədir-Azərbaycanın hakim partiyasının sədr müavini

Azərbaycan, Bakı, 21 yanvar / Trend , müxbir Q.Cəbiyev/ Beynəlxalq təşkilatlar hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədi İlham Əliyevin yenidən Azərbaycanın prezidenti seçiləcəyi qənaətindədirlər. "Azərbaycandan kənarda, ayrı-ayrı beynəlxalq qurumlar bu gerçəkliklə razılaşıblar ki, seçkilər İlham Əliyevin qələbəsi ilə nəticələnəcək"- bazar ertəsi jurnalistlərə YAP-ın sədr müavini və icra katibi Əli Əhmədov bildirib.

Azərbaycanda prezident seçkiləri oktyabrda keçiriləcək. Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf partiyalarının təmsil olunduğu "Azadlıq" bloku, seçki komissiyalarının tərkibi dəyişməyəcəyi halda, seçkilərdə iştirak etməyəcəklərini bildiriblər.

Əhmədov deyib ki, Azərbaycanda da hər kəs Əliyevin yenidən prezident olacağını bilir. "Son 4 ildə ölkədə çox böyük nailiyyətlər əldə edilib. Prezident tərəfindən ölkənin sürətli inkişafını təmin edən strategiya müəyyənləşib" - YAP rəsmisi əlavə edib.

YAP 1992-ci ildə Naxçıvanda, keçmiş prezident Heydər Əliyev tərəfindən yaradılıb. Yaranandan 6 ay sonra YAP hakimiyyətə gəlib və artıq 15 ildir ki, iqtidardadır.

Xəbər lenti

Xəbər lenti