...

Cekson-Venik düzəlişinin Bakı və Astana üçün ləğvini nəzərdə tutan layihə ABŞ Senatına daxil olub

Siyasət Materials 30 Yanvar 2008 05:09 (UTC +04:00)
Cekson-Venik düzəlişinin Bakı və Astana üçün ləğvini nəzərdə tutan layihə ABŞ Senatına daxil olub

Çərşənbə axşamı ABŞ Senatına xarici ticarətdə məhdudiyyəti nəzərdə tutan Cekson-Venik düzəlişinin Azərbaycan və Qazaxıstan üçün ləğvini nəzərdə tutan qanun layihələri daxil olub. Bu barədə palatanın katibliyindən məlumat veriblər.

Mənbənin bildirdiyinə görə, müvafiq sənədlər adıçəkilən ölkələrlə xarici ticarətdə normal rejimin tətbiqini nəzərdə tuturlar. Senata qanun layihələri formasında daxil olan sənədlər ABŞ prezidentinə imkan verir ki, o öz qərarı ilə Azərbaycan və Qazaxıstan üçün qüvvədə olan Cekson-Venik düzəlişini ləğv etsin, habelə bu ölkələrdən olan mallar üçün "normal ticarət münasibətləri rejimi"ni tətbiq etsin.

Belə olan halda prezidentin müvafiq rejimin tətbiqini elan etdiyi vaxtdan Cekson-Venik düzəlişi qüvvədən düşəcək. // RİA "Novosti"

Xəbər lenti

Xəbər lenti