...

Azərbaycanın XİN başçısı Əfqanıstana səfər edəcək

Siyasət Materials 1 Fevral 2008 15:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 fevral/ Trend , müxbir F.Rzayev/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstana səfər edəcək.

Azərbaycanın Pakistandakı səfirlik müşaviri Sabir Rzayevin cümə günü İslamabaddan telefonla Trend ə verdiyi məlumata görə, XİN rəhbərinin səfəri may ayına planlaşdırılıb.

Bu, cavab səfəri olacaq. Ötən il Əfqanıstanın XİN başçısı artıq Azərbaycana gəlib və həmkarını öz ölkəsinə dəvət edib.

Səfir gələcək danışıqların səfər tarixi və gündəliyinin diplomatik yollarla razılaşdırılacağını bildirib.

Əfqanıstanın iqtisadi və siyasi dəstəyə ehtiyacı var və ölkə rəhbərliyi istəyir ki, yüksək iqtisadi inkişaf və yeni texnologiyalara, həmçinin yüksək ixtisaslaşmış mütəxəssislərə malik Azərbaycanın dövlət və özəl sektoru Əfqanıstana maraq göstərsin. Bu barədə əvvəllər ölkənin rəsmi şəxsləri Azərbaycanın Pakistanda və eyni zamanda Əfqanıstanda səfiri olan Eynulla Mədətli ilə görüşləri zamanı bildiriblər. Əfqanıstan rəhbərliyi neft və qaz sənayesində Azərbaycanla əməkdaşlıq etmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti