...

Həmməruzəçilər Azərbaycana səfərin yekunlarına dair məruzə hazırlayacaqlar

Siyasət Materials 5 Fevral 2008 16:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 fevral / Trend , müxbir K. Ramazanova/ Həmməruzəçilər Azərbaycana səfərin yekunlarına dair məruzə hazırlayacaqlar. Bu barədə Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçisi Andreas Herkel bildirib.

"Hazırda biz Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasını müzakirə edirik" - deyə Herkel vurğulayıb.

Bu gün onlar Azərbaycanın Xarici İşlər Nazirliyində görüş keçiriblər. Onlar, həmçinin, Milli Televiziya və Radio Şurasının sədri ilə də görüşəcəklər.

AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri fevralın 4-dən Bakıda səfərdədirlər.

Xəbər lenti

Xəbər lenti