...

Qarşıya normal məqsədlər qoyaraq, terrorizmlə mübarizə aparmaq lazımdır – İnquşetiyanın eks-prezidenti

Siyasət Materials 7 Fevral 2008 17:43 (UTC +04:00)
Qarşıya normal məqsədlər qoyaraq, terrorizmlə mübarizə aparmaq lazımdır – İnquşetiyanın eks-prezidenti

Azərbaycan, Bakı, 07 fevral / Trend , müxbir F.Rzayev / "Qafqazda vəziyyət gərginləşib. Nə qədər ki hərbi hərəkətlər davam edir, regionda radikalizm güclənəcək", - cümə axşamı Bakıda İnquşetiyanın eks-prezidenti Ruslan Auşev jurnalistlərə deyib.

Rusiya prezidenti Vladimir Putininin "Qafqazda terrorizm mümkün deyil" fikrini şərh edən Auşev deyib ki, qarşına normal məqsədlər qoyaraq, terrorizmlə mübarizə aparmaq lazımdır.

"Gündə beş dəfə namaz qılan insana terrorçu, yaylıq bağlayan qıza isə, radikalçı kimi baxmaq olmaz", - Auşev deyib.

Xəbər lenti

Xəbər lenti