...

İranın xarici siyasət kursunun əsas strategiyası qonşularla münasibətlərin yaxşılaşdırılmasıdır-İranın RF-dəki səfiri

Siyasət Materials 8 Fevral 2008 16:18 (UTC +04:00)
İranın xarici siyasət kursunun əsas strategiyası qonşularla münasibətlərin yaxşılaşdırılmasıdır-İranın RF-dəki səfiri

Rusiya, Moskva, 08 fevral/ Trend , müxbir R.Ağayev / İranın regiondakı xarici siyasət kursunun əsas strategiyası qonşularla, o cümlədən Azərbaycan və Ermənistanla münasibətlərin yaxşılaşdırılmasıdır. Bu barədə bu gün Trend -in Rusiyadakı xüsusi müxbirinin sualını cavablandıran İranın RF-dəki səfiri Qulamrza Ənsari bildirib.

"İranın Azərbaycanla yaxşı münasibətləri var və bu həm humanitar, həm də ticarət əməkdaşlığına aiddir. Bizim münasibətlərimiz ardıcıl olaraq inkişaf edir", - səfir bildirib. Onun sözlərinə görə, İran eyni zamanda Ermənistanla da fəal əməkdaşlıq edir.

"Biz ölkələrlə münasibətlərimizi yaxşılaşdıranda, bizə irad tuturlar. Bizim münasibətlərimiz pisləşəndə isə, yenə də bizə irad tuturlar", - Azərbaycanın İran və Ermənistan arasında sıx əməkdaşlığın inkişafından mümkün narazılığını nəzərə alan səfir bildirib.

Onun sözlərinə görə, qonşu ölkələr arasında fikir ayrılıqları və münaqişəli vəziyyət yaranarkən İran problemin danışıqlar yolu ilə nizamlanması mövqeyini tutur. Ənsari bildirib ki, İranın bəzi münaqişə edən tərəflərlə dostluğunu nəzərə alaraq, dövlətlər bu dostluqdan münaqişələrin həll edilməsi üçün istifadə edə bilərlər.

Səfirin sözlərinə görə, İranda 27 milyon azərbaycanlı yaşayır. "Azərbaycanlılar İranda hər yerdə təmsil olunublar və lazım olan hər bir şeylə təmin ediliblər", - o əlavə edib.

Xəbər lenti

Xəbər lenti