Azərbaycan, Bakı, 12 fevral / Trend / Fevralın 13-də Bakı Fond Birjasında 11:00-dan 12:30-dək Milli Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək,- çərşənbə axşamı Birjanın yaydığı məlumatda deyilir.
Notların dövlət qeydiyyat nömrəsi - 50100619S, ümumi həcmi 80 000 000 AZN təşkil edir, hərraca çıxarılan həcm - 70 000 000 AZN, bir notun nominal dəyəri - 200 AZN, notların tədavül müddəti - 28 gündür.
Hərrac zamanı, notlar buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə, qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.
Ödəmə tarixi - 12 mart.