Azərbaycan, Bakı, 14 fevral / Trend , müxbir K.Ramazanova/ ABŞ Azərbaycana istənilən lazımı dəstəyi göstərməyə hazırdır. Bu barədə cümə axşamı Bakıda jurnalistlərə ABŞ Dövlət Katibinin terrorizm məsələləri üzrə köməkçisinin müavini Frank Urbançik bildirib.
"Biz 11 sentyabr hadisəsindən sonra terrorizmlə mübarizədə ABŞ-la əməkdaşlığa görə Azərbaycana təşəkkür edirik" - deyə Urbançik əlavə edib.
Bu gün o, Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovla görüşüb. Görüş zamanı bir sıra məsələlər, o cümlədən terrorizmlə mübarizə üzrə ikitərfli əməkdaşlıq məsələləri müzakirə olunub.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]