...

Prezident İlham Əliyev BMT-nin ölkəmizdəki rezident-əlaqələndiricisi Bruno Puezanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 14 Fevral 2008 19:53 (UTC +04:00)

Azərbaycan, Bakı,14 fevral / Trend /Prezident İlham Əliyev fevralın 14-də Prezident sarayında BMT-nin ölkəmizdəki rezident-əlaqələndiricisi Bruno Puezanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Pueza Azərbaycanda gedən inkişafın BMT səviyyəsində böyük maraqla izlənildiyini söyləyərək deyib ki, təşkilatın Bakı ofisinin əsas məqsədi Azərbaycanda gedən bu proseslərə dəstək verməkdən ibarətdir. Qonaq bu baxımdan Azərbaycan Prezidenti ilə fikirlərini bölüşmək arzusunda olduğunu vurğulayıb. Prezident Əliyev Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların ölkəmizin strategiyası və gələcək inkişaf proqramları barədə məlumatlı olduğunu deyib. Dövlət başçısı Azərbaycanın gələcək inkişafla bağlı yeni proqramlarının olduğunu qonaqların diqqətinə çatdırıb.

Xəbər lenti

Xəbər lenti