...

Azərbaycanda Kosovonun müstəqilliyini tanımağa tələsmirlər

Siyasət Materials 15 Fevral 2008 20:03 (UTC +04:00)
Azərbaycanda Kosovonun müstəqilliyini tanımağa tələsmirlər

Azərbaycan, Bakı, 15 fevral / Trend , müxbir S.Ağayeva, K.Ramazanova / Azərbaycan Kosovo müstəqilliyini tanımağa tələsməməlidir, bizi heç kəs tələsdirmir, beynəlxalq ictimaiyyətin yanaşmasını gözləmək lazımdır, - cümə günü Azərbaycanın müstəqil politoloqu Rasim Musabəyov Trend ə deyib.

Kosovo parlamenti cümə günü 24 saat ərzində ölkənin müstəqilliyi haqında bütün qanun paketinin qəbul edilməsinə imkan yaradan Qətnamə qəbul edib.

1999-cu ildən Kosovo məmləkəti formal olaraq Serbiyanın tərkibindədir və BMT tərəfindən idarə olunur. Kosovo albanları bu diyarın müstəqilliyini tələb edirlər. Qərb, Kosovonun müstəqilliyini tanımağa hazır olduğunu bildirib. Lakin Belqrad yalnız muxtariyyat verməyə hazırdır. Rusiya Belqradın, BMT-nin Nizamnaməsini pozaraq, sərhədlərin yenidən bölünməsini istisna edən mövqeyini dəstəkləyib. Bu da Təhlükəsizlik Şurası formatında "danışıqların dalana" dirənməsi kimi qəbul edilib.

"Azərbaycan Kosovonun müstəqilliyini tanımasını gözləməlidlir, beynəlxalq ictimaiyyətin və Serbiyanın yanaşması mühumdür", - politoloq deyib.

Kosovonun müstəqilliyinin tanınması Dağlıq Qarabağ münaqişəsi üçün presedent ola bilməz, - Azərbaycan XİN-nin mətbuat katibi Xəzər İbrahim Trend ə deyib. "Kosovonun müstəqilliyini, Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlaranı elan edən ölkələr, Kosovonun digər münaqişələr üçün presedent hesab etmirlər", - o qeyd edib.

Kosovonun müstəqilliyi Azərbaycan üçün qəbuledilməzdir, AŞPA-da Azərbaycan nümayəndəsinin üzvü Aydın Mirzəzadə hesab edir. Kosovo parlamenti ölkənin müstəqilliyini elan etməkdə tələsib, buna qarşı Rusiya və Çin kimi dövlətlər çıxış edirlər, ölkənin müstəqilliyinin elan edilməsi uğursuzluğa uğraya bilər, - Milli Məclisin deputatı hesab edir.

Məlum olduğu kimi, Rusiya Serbiyanın razılığı olmadan Kosovoya faktiki müstəqilliyin verilməsi cəhdlərinə qarşı çıxır.

Rusiya diplomatiyası Belqrad və Priştina arasında danışıqların nəticəsi ola biləcək qərarda təkid edir. BMT yanında Rusiya nümayəndəsinin fikrincə, bunun üçün, normal şərait yaradılmalıdır. Bu danışıqlarda hazırlanan qərar Təhlükəsizlik Şurası tərəfindən bəyənilə bilər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - seba

Xəbər lenti

Xəbər lenti