...

Azərbaycan Prezidenti Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik uyubileyinin qeyd olunması haqqında sərəncam imzalayıb

Siyasət Materials 15 Fevral 2008 20:44 (UTC +04:00)

Azərbaycan, Bakı,15 fevral / Trend / Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyinin qeyd olunması haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir ki, Müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olmuşdu.Cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti tarixinin hər bir səhifəsi bütün azərbaycanlılar üçün olduqca əzizdir.Cümhuriyyətin öz dövlətçilik atributlarını qəbul etməsi, dövlət və hərbi quruculuq, iqtisadiyyat və mədəniyyət, təhsil və səhiyyə sahələrində atdığı addımlar xalqımız üçün taleyüklü əhəmiyyət kəsb etmişdir. Cümhuriyyət tarixinin öyrənilməsilə bağlı məsələlərə toxunulan sərəncamda o da vurğulanır ki, tariximizin bu mərhələsi ilə bağlı çox sayda sənədlər hələ xarici ölkələrin qapalı arxivlərində saxlanılır və öz tədqiqatçılarını gözləyir.Sərəncama əsasən, ölkəmizdə milli dövlətçilik tarixində xüsusi yer tutmuş Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 90 illiyi respublikada geniş qeyd ediləcək. Mədəniyyət və Turizm Nazirliyi Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirəcək. Həmçinin, Milli Məclisə tövsiyə olunub ki, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin yaranmasının 90 illiyi münasibətilə xüsusi iclas keçirsin. Sərəncamdan irəli gələn məsələləri həlli Nazirlər Kabinetinə həvalə olunub. .

Xəbər lenti

Xəbər lenti