...

Yaxın vaxtlarda GUAM Katibliyinin açılışı olacaq

Siyasət Materials 16 Fevral 2008 14:04 (UTC +04:00)
Yaxın vaxtlarda GUAM Katibliyinin açılışı olacaq

Azərbaycan, Bakı, 16 fevral / Trend , müxbir S.Ağayeva/ "Demokratiya və iqtisadi inkişaf naminə təşkilat - GUAM" Katibliyinin açılışı may ayına nəzərdə tutulub. Bu barədə şənbə günü təşkilatın Kiyevdəki Katibliyindən məlumat verilib.

Təşkilat Katibliyinin yaradılması barədə qərar GUAM-a üzv dövlətlər - Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın xarici işlər nazirləri Şurası tərəfindən qəbul olunub. Katiblik 2007-ci il sentyabrın 1-dən fəaliyyət göstərməyə başlayıb. Təşkilata üzv hər bir dövlət Katibliyə öz nümayəndələrini göndərib. Katiblik proqramının koordinator vəzifəsini Moldova təmsilçisi icra edir.

Katibliyin təntənəli açılışı dörd ölkənin xarici işlər nazirlərinin iştirakı ilə keçiriləcək.

GUAM-ın formatı 1997-ci ildə Avropa İttifaqı dövlət başçılarının Strasburq sammiti ərəfəsində keçmiş Sovet ölkələri tərəfindən yaradılıb. 1999-cu ildə bu formata Özbəkistan da daxil olsa da, dörd ildən sonra təşkilatı tərk edib. 2006-cı ildə Kiyevdə ilk sammit zamanı GUAM-ın beynəlxalq təşkilat və "Demokratiya və iqtisadi inkişaf naminə təşkilat- GUAM" kimi elan olunması haqda qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti