...

Gəncənin üç yüksək vəzifəli polis məmuru təqaüdə göndərilib

Siyasət Materials 19 Fevral 2008 16:19 (UTC +04:00)

Azərbaycan, Gəncə, 19 fevral / Trend , müxbir V. Məmmədov/ Gəncə şəhər Polis İdarəsinin üç əməkdaşı fevralın 19-da təqaüdə göndərilib. İdarədən çərşənbə axşamı Trend ə bildiriblər ki, təqaüdə göndərilənlər Gəncə şəhər polis rəisinin müavini Çoban Hüseynov, yetkinlik yaşına çatmayanlarla iş üzrə müfəttişliyin rəisi Eldar Əliyev və post - patrul xidməti taborunun komandir müavini Tofiq İsmayılovdur. Gəncə şəhər Polis İdarəsinin əməkdaşları adından təqaüdə göndərilənlərə bu gün pul mükafatı təqdim olunub.

Daxili işlər nazirinin müavini Əsgər Ələkbərov bazar ertəsi jurnalistlərə polis orqanlarında kadr islahatlarının "Polis fəaliyyəti haqqında" Qanuna müvafiq həyata keçirildiyini açıqlayıb və bu cür kadr islahatlarının davam etdiriləcəyini deyib.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti