Azərbaycan, Bakı, 19 fevral/ Trend / Fevralın 20-də saat 11:00-dan 12:30-dək Bakı Fond Birjasında Milli Bankın qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Bu barədə birjanın çərşənbə axşamı yayılan məlumatında deyilir.
Notların Dövlət qeydiyyat nömrəsi - 50100719S, emissiyaların həcmi - 40 000 000 AZN, Hərraca çıxarılan həcm - 25 000 000 AZN, Bir notun nominal dəyəri - 200 AZN, Notların tədavül müddəti - 28 gündür.
Hərrac zamanı, Notlar buraxılışının 20%-dən artıq olmamaq şərti ilə, qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.
Ödəmə tarixi - 19 mart.