...

Azərbaycan prezidenti Polşaya səfər edəcək

Siyasət Materials 26 Fevral 2008 01:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 fevral/ Trend , müxbir S.Ağayeva/ Çərşənbə axşamı Azərbaycan prezidenti İlham Əliyevin Polşaya rəsmi səfəri başlayır.

Azərbaycan prezidentinin səfəri Varşavada Polşa prezidenti və Baş naziri ilə keçirilən rəsmi görüşlərlə başlayacaq.

Səfirlikdən bildiriblər ki, danışıqların yekunlarına görə, hər iki dövlət başçısının birgə bəyanatı və iqtisadi və humanitar sahələrdə bir neçə ikitərəfli müqavilələrin imzalanması gözlənilir.

Fevralın 27-də dövlət başçısı və onu müşayiət edən Azərbaycanın hökumət nümayəndə heyəti Qdanska baş çəkəcək. Bu barədə Azərbaycanın Polşadakı səfirliyindən məlumat veriblər. Qdanskda prezident Əliyev Azərbaycan neftinin nəql ediləcəyi neft emalı zavodu ilə tanış olacaq.

Xəbər lenti

Xəbər lenti