...

Azərbaycanla Latviya sərhəd xidmətləri arasında əməkdaşlığa dair saziş imzalanıb

Siyasət Materials 27 Fevral 2008 11:31 (UTC +04:00)
Azərbaycanla Latviya sərhəd xidmətləri arasında əməkdaşlığa dair saziş imzalanıb

Azərbaycan, Bakı, 26 fevral / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə Latviyanın Dövlət Sərhəd Mühafizəsi arasında çərşənbə günü əməkdaşlığa dair saziş imzalanıb.

Sənədi Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və Latviyanın Dövlət Sərhəd Mühafizəsinin rəisi Qunars Dabolinş imzalayıblar.

Sazişdə iki dövlətin sərhədlərinin təhlükəsizliyi və müdafiəsinin gücləndirilməsi, sərhəd xidməti əməkdaşlarının hazırlanması və təlimi, təcrübə mübadiləsi istiqamətində əməkdaşlıq nəzərdə tutulub.

Latviya sərhədçilərinin fevralın 25-dən Azərbaycana başlamış səfəri zamanı quru və dəniz sərhədlərinin təhlükəsizliyi, sərhəd xidməti əməkdaşlarının hazırlanması və təlimi sahəsində təcrübə mübadiləsinin təşkili, Avropa İttifaqının aidiyyatı qurumları və beynəlxalq təşkilatlar tərəfindən sərhəd təhlükəsizliyi sahəsində keçirilən layihələr barədə müzakirələr aparılıb.

Qonaqlar Aviadəstədə olub, Sahil Mühafizəsinin xidməti fəaliyyəti, təlim mərkəzi, xidməti gəmilər və onların texniki imkanları ilə, Heydər Əliyev Beynəlxalaq Hava Limanında və Karqo terminalında sərhəd nəzarətinin təşkili ilə tanış olublar.

İmzalanmadan sonra hər iki qurumun rəhbəri jurnalistlərin suallarını cavablandırıb.

Xəbər lenti

Xəbər lenti