...

Qafqaz müsəlmanlarının dini lideri islam ölkələrini dini dəyərlərin təhqir edilməməsi üçün tədbirləri sərtləşdirməyə çağırır.(video)

Siyasət Materials 29 Fevral 2008 14:56 (UTC +04:00)
Qafqaz müsəlmanlarının dini lideri islam ölkələrini dini dəyərlərin təhqir edilməməsi üçün tədbirləri sərtləşdirməyə çağırır.(video)

Azərbaycan, Bakı, 29 fevral / Trend , müxbir S.Ağayeva / Qafqaz müsəlmanlarının dini lideri islam ölkələrini dini dəyərlərin təhqir edilməməsi üçün tədbirləri sərtləşdirməyə çağırır.

Bu günlərdə Danimarka qəzetlərinin Məhəmməd peyqəmbərin karikaturalarını təkrar dərc etməsi barədə mətlumat yayılıb. Karikaturalar ilk dəfə 2005-ci ildə "Yulands-posten" qəzetində dərc olunub və bir çox ölkələrdə müsəlmanların narazılığına səbəb olub.

"Bütün dövlətlər öz xalqının hər hansı dinə mənsub olmasından asılı olmayaraq, onun dini azadlığını təmin etməlidir" - cümə günü Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxulislam Hacı Allahşükür Paşazadə jurnalistlərə bildirib.

"İslam Konfransı Təşkilatı dini dözümsüzlüyün yolverilməzliyinə dair qərar qəbul etməlidir" - Qafqaz müsəlmanlarının dini lideri hesab edir.

Xəbər lenti

Xəbər lenti