...

Azərbaycanla Rusiya arasındakı əlaqələr uğurlu olacaq - Rusiyanın Azərbaycandakı səfiri

Siyasət Materials 3 Mart 2008 22:02 (UTC +04:00)
Azərbaycanla Rusiya arasındakı əlaqələr uğurlu olacaq - Rusiyanın Azərbaycandakı səfiri

Azərbaycan, Bakı, 3 mart / Trend müxbir K.Ramazanova / Azərbaycanla Rusiya arasındakı əlaqələr uğurlu olacaq. Bunu Dmitri Medvedevin Rusiyada prezident seçkilərində qələbə qazanması münasibəti ilə keçirilən qəbul zamanı Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vasili İctratov deyib.

Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin Medvedevi seçkilərdə qələbə qazanması münasibəti ilə təbrik etməsi ikitərəfli münasibətlərin inkişafının göstəricisidir.

İstratov həmçinin qeyd edib ki, Rusiya telekanallarının Azərbaycanda yayımının bərpası məsələsi nəzəri cəhətdən mümkündür, lakin bununla bağlı hələlik heç bir məlumat yoxdur.

Xəbər lenti

Xəbər lenti