...

NATO-nun Qiymətləndirmə komissiyası Azərbaycana səfər edəcək

Siyasət Materials 6 Mart 2008 13:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 mart / Trend , müxbir K.Ramazanova/ NATO-nun Qiymətləndirmə komissiyası aprel ayının ortalarında Azərbaycana səfər edəcək. Bu barədə cümə axşamı Bakıda jurnalistlərə NATO-nun Cənubi Qafqaz üzrə zabiti Sbiqner Rıbatski məlumat verib.

Onun sözlərinə görə, səfərdə məqsəd fərdi tərəfdaşlıq üzrə Fəaliyyət Planının (IPAP) yerinə yetirilməsi səviyyəsini qiymətləndirməkdir.

Gürcüstan, Azərbaycan və Ermənistan NATO ilə IPAP proqramı çərçivəsində əməkdaşlıq edir.

Azərbaycan və NATO arasında əməkdaşlığın əsası 1994-cü il mayın 4-də "Sülh naminə tərəfdaşlıq" proqramının - çərçivə sənədinin imzalanması ilə qoyulub. Azərbaycan bu proqrama ilk qoşulan ATƏT-in 27 üzv dövlətindən biridir. Qarşılıqlı fəaliyyətin konkret istiqamətlərini müəyyən edən

"Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində rəsmi sənəd 1996-cı ilin aprel ayında imzalanıb.

Hazırda Azərbaycan bu proqrama müvafiq olaraq öhdəsinə qoyulmuş təxminən 50 vəzifəni yerinə yetirir. Azərbaycan prezidenti İlham Əliyev 2005-ci il avqustun 3-də "Azərbaycan Respublikasının NATO ilə fərdi tərəfdaşlıq üzrə Fəaliyyət Planı haqqında" fərman imzalayıb.

Hazırda əməkdaşlıq "Azərbaycan Respublikasının NATO ilə fərdi tərəfdaşlıq üzrə Fəaliyyət Planı"nın ikinci mərhələsi çərçivəsində həyta keçirilir.

Xəbər lenti

Xəbər lenti