...

Azərbaycanın Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Siyasət Materials 11 Mart 2008 10:35 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 10-da saat 15.50-dən 16.10-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəklikərdə yerləşən mövqelərdən, saat 19.00-dan 22.35-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Veysəlli kəndində yerləşən mövqelərdən, saat 22.10-dan 23.15-dək fasilələrlə Tərtər rayonunun Çiləbürt və Seysulan kəndlərinin yaxınlığında yerləşən mövqelərdən, martın 11-də saat 04.10-dan 04.15-dək Ağdam rayonunun Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda cavab atəşilə düşmən susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti