...

NATO Parlament Assambleyasının yaz sessiyası Berlində keçiriləcək

Siyasət Materials 11 Mart 2008 14:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart/ Trend , müxbir İ.Əlizadə/ NATO Parlament Assambleyasının (NATO PA) yaz sessiyası mayın sonlarında Almaniyanın Berlin şəhərində keçiriləcək. Bu barədə çərşənbə axşamı Trend a Milli Məclisin Beynəlxalq əlaqələr şöbəsindən məlumat verilib.

"Hələlik sessiyada hansı məsələlərin müzakirə olunacağı dəqiqləşməyib" - deyə Milli Məclisdən bildirilib.

Məlumatda qeyd olunub ki, sessiyada Cənubi Qafqazda mövcud olan problemlər, o cümlədən "dondurulmuş münaqişələr"lə bağlı müzakirələrin keçiriləcəyi gözlənilir: "Azərbaycanın NATO PA-dakı nümayəndə heyəti sessiyada ölkəmizlə bağlı müzakirələrin keçirilməsi ilə əlaqədar məsələ qaldıracaq. Bu məsələ NATO PA-nın prezidenti Joze Lelonun Azərbaycana səfəri zamanı da müzakirə olunub".

Azərbaycan 1994-cü ildən "Sülh Naminə Tərəfdaşlıq Proqram"ı çərçivəsində NATO ilə əməkdaşlıq edir. 2005-cü ilin avqustunda "Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı" imzalanıb və hazırda həyata keçirilir.

Azərbaycan 2002-ci ildən NATO PA-nın assosativ üzvüdür.

Xəbər lenti

Xəbər lenti