...

Astanada türkdilli dövlətlərin Parlament Assambleyasının yaradılması məsələsi müzakirə ediblər

Siyasət Materials 27 Mart 2008 17:33 (UTC +04:00)

Qazaxıstan, Astana, 27 mart/ Trend müxbir K.Konırova/ Qazaxsıstan prezidentinin türkdilli dövlətlərin Parlament Assambleyasının (TürkPA) yaradılması haqqında təşəbbüsü vaxtında irəli sürülüb və aktualdır. Bu barədə bu gün Astanada Senatın sədri Muhambet Kopeev türkdilli ölkələrin Parlament apparatlarının rəhbərləri ilə görüşdə bildirib.

"TürkPa çoxtərəfli parlamentlərarası əlaqələr spektrinin gələcək genişlənməsinə, inteqrasiya proseslərinin dərinləşməsinə və son nəticədə türkdilli dünya xalqları arasında dostluğun möhkəmlənməsinə xidmət edəcək", - M.Kopeev bildirib.

Bu gün Astanada QR Parlament Senatı apparatının rəhbəri Murat Nurtleuovun başçılığı ilə işçi qrupunun birinci iclası baş tutub. İclasında gedişində türkdilli dövlətlərin Parlament Assambleyasının yaradılması haqqında Saziş layihəsi müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti