...

MDB digər post-sovet təşkilatları ilə əməkdaşlığın inkişafının lehinədir – Sergey Lavrov

Siyasət Materials 28 Mart 2008 14:28 (UTC +04:00)
MDB digər post-sovet təşkilatları ilə əməkdaşlığın inkişafının lehinədir – Sergey Lavrov

Rusiya, Moskva, 28/ Trend müxbir R.Ağayev/ MDB post-sovet məkanında mövcud olan digər təşkilatlarla əməkdaşlığın inkişafının lehinə çıxış edir. Biz MDB İcraiyyə Komitəsi və post-sovet məkanındakı digər təşkilatlar arasında əlaqələrin yaranması və inkişafını dəstəkləyirik", - Rusiya XİN rəhbəri Lavrov bu gün Moskvada, MDB ölkələri Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasının açılışında bildirib.

Lavrov əməkdaşlığın dəstəkləndiyi strukturlar kimi ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı), KTMT (Kollektiv Təhlükəsizlik haqqında Müqavilə Təşkilatı) və AvrAsİƏ-ni (Avroasiya iqtisadi əməkdaşlığı) sadalayıb.

Rusiya XİN-in rəhbəri MDB-nin seçkilər mövzusu ilə məşğul olan müxtəlif təşkilatlarla qarşılıqlı fəaliyyətinə dair müsbət rəy ifadə edib, həmçinin beynəlxalq səviyyədə tərəfdaşlığın inkişafının vacibliyini vurğulayıb.

Lavrov bildirib ki, XİNŞ-də müzakirələrin əsas mövzusundan biri MDB-nin inkişaf konsepsiyası üzrə tədbirlər planı və onun icra edilməsi məsələsidir. Nəzərdən keçirilən məsələlər arasında Qazaxıstanın 2009-cu ildə ATƏT-ə sədrlik etməsi, qaydaların yeni redaksiyası və MDB-də qarşılıqlı fəaliyyət proseduru, informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq Konsepsiaysı və s. olacaq.

Bundan əlavə, Lavrov bildirib ki, iclasın gedişində XİNŞ iştirakçıları mayın 23-də Minskdə baş tutacaq MDB hökumətləri rəhbərləri Şurasının iclasını hazırlamaq niyyətindədirlər.

XİNŞ-in iclasında Azərbaycanı Azərbaycanın Rusiyadakı səfiri Polad Bül-büloğlu təmsil edir.

Xəbər lenti

Xəbər lenti