...

Avropa Şurası Nazirlər Komitəsinin rəhbərinin Azərbaycana səfəri apreldə baş tutacaq

Siyasət Materials 28 Mart 2008 16:45 (UTC +04:00)
Avropa Şurası Nazirlər Komitəsinin rəhbərinin Azərbaycana səfəri apreldə baş tutacaq

Fransa, Strasburq, 28 mart/ Trend müxbir A.Məhərrəmli/ Avropa Şurası Nazirlər Komitəsinin sədri, Slovakiya XİN-in rəhbəri Yan Kubişin Azərbaycana təxirə salınmış səfəri aprelin ikinci yarısına planlaşdırılır. Bu barədə Trend -a cümə günü Slovakiya XİN-dən məlumat veriblər.

Kubişin Azərbaycana səfəri əvvəllər martın 31-i aprelin 1-ə planlaşdırılıb.

Slovakiyanın xarici siyasət idarəsinin mətbuat xidmətindən bildiriblər ki, səfər Kubişin səhhətinin pisləşməsi ilə əlaqədar təxirə salınıb.

Azərbaycan XİN-dən əvvəllər verilən məlumata görə, Avropa Şurası Nazirlər Komitəsi rəhbərinin səfəri planlı xarakter daşıyır və səfərin məqsədi Azərbaycan rəhbərliyi ilə qarşıdakı prezident seçkiləri ərəfəsində erməni-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı məsələlərin müzakirəsidir. Prezident, Baş Nazir, xarici işlər naziri, həmçinin Azərbaycanın müxalifət partiyalarının nümayəndələri ilə görüşlər nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti