...

Azərbaycan prezidenti Beynəlxalq Kanoe Federasiyasının rəhbərini qəbul edib

Siyasət Materials 29 Mart 2008 14:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan prezidenti İlham Əliyev şənbə günü Beynəlxalq Kanoe Federasiyasının prezidenti Ulrix Feldhofu qəbul edib. Görüşdə Azərbaycanda idmana göstərilən yüksək dövlət qayğısından danışılıb, ölkədə idmanın bütün sahələrinin, o cümlədən kanoe idman növünün də inkişaf etdirildiyi qeyd olunub.

Mingəçevirdəki avarçəkmə təlim-məşq bazasının dünya standartlarına uyğun şəkildə yenidən qurulmasının əhəmiyyəti vurğulanıb, orada bir sıra beynəlxalq yarışların və təlim-məşq toplanışlarının keçirilməsi üçün yaxşı imkanların yaradılacağına əminlik ifadə olunub.

Xəbər lenti

Xəbər lenti