...

Bu həftə Türkmənistanın yeni səfiri Bakıya gələcək

Siyasət Materials 31 Mart 2008 13:48 (UTC +04:00)
Bu həftə Türkmənistanın yeni səfiri Bakıya gələcək

Azərbaycan, Bakı, 31 mart / Trend , müxbir S.Ağayeva/ Türkmənistanın Azərbaycana yeni təyin olunan səfiri bu həftə Bakıya gələcək. Bu barədə Trend a bazar ertəsi telefonla Azərbaycanın Aşqabaddakı səfirliyindən məlumat verilib.

Türkmənistan prezidentinin sərəncamına əsasən Annamamed Mamedov mart ayında Türkmənistanın Azərbaycana yeni Fövqəladə və Səlahiyyətli səfiri təyin olunub.

Azərbaycana səfir təyin olunana qədər Mamedov Türkmənistanın İstanbuldakı (Türkiyə) baş konsulluğunda işləyib.

Yeddi il əvvəl Türkmənistanın Azərbaycandakı səfiri Xəzərdə mübahisəli yataq üzrə fikir ayrılığı səbəbindən geri çağırılmışdı.

Türkmənistanda prezident dəyişikliyindən sonra son vaxtlar bu ölkə Azərbaycanla Bakının türkmən qazına görə borc məsələsini nizamlamağa nail olub, həmçinin Xəzərdə sərhədlərin delimitasiyası üzrə danıqışlar fəallaşıb.

Aşqabad həmçinin, Qərb tərəfindən təşəbbüs göstərilən və türkmən qazının Azərbaycan və Türkiyədən keçməklə Avropaya tədarükü ilə bağlı Transxəzər qaz kəməri üzrə müzakirələrə qayıtmağa hazırdır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti