...

Azərbaycan prezidenti Əfqanıstan üzrə müşavirədə iştirak edəcək

Siyasət Materials 3 Aprel 2008 12:14 (UTC +04:00)

Rumıniya, Buxarest, 03 aprel / " müxbir Y.Əliyev/ Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı NATO-ya üzv olmayan ölkə və hökumət başçılarının birgə görüşündə iştirak edəcək.

Trend müxbirinin Buxarestdən verdiyi xəbərə görə, görüş Əfqanıstana həsr olunub və forumun yekununda Təhlükəsizliyə Yardım üzrə Beynəlxalq Qüvvələrin (ISAF) tövsiyələri hazırlanacaq. Müşavirədə Azərbaycan prezidentinin çıxışı da gözlənilir.

Prezident Əliyev latviyalı həmkarı Valdis Zatlersonla məsləhətləşmələr aparacaq.

Azərbaycan prezidentinin NATO sammitində iştirak etmək məqsədi ilə Rumıniyaya üçgünlük səfəri cümə günü başa çatacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti