...

Azərbaycan Parlamenti Seçki Məcəlləsinə dəyişikliklərdə seçki komissiyalarının paritet əsasda formalaşmasının əks olunmadığını bəyan edib

Siyasət Materials 7 Aprel 2008 14:42 (UTC +04:00)
Azərbaycan Parlamenti Seçki Məcəlləsinə dəyişikliklərdə seçki komissiyalarının paritet əsasda formalaşmasının əks olunmadığını bəyan edib

Azərbaycan, Bakı, 07 aprel/ Trend , müxbir Q.Cəbiyev/ Azərbaycan hökuməti ilə Venesiya Komissiyasının qəbul etdiyi Seçki Məcəlləsinə əlavə və dəyişikliklərə dair sənəddə seçki komissiyalarının paritet əsasda formalaşması əksini tapmayıb. Bu barədə bazar ertəsi jurnalistlərə Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.

Azərbaycan hökuməti ilə Venesiya Komissiyası arasında Seçki Məcəlləsinə əlavə və dəyişikliklərə dair müzakirələr yekunlaşıb. Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı qanun layihəsi yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Azərbaycanın müxalifət partiyaları seçki komissiyalarının paritet əsasda formalaşdırılması təklifi ilə Venesiya Komissiyasına müraciət edib.

Mill Məclisin birinci vitse-spikeri Ziyavfət Əsgərov da bazar ertəsi jurnalistlərə Seçki Məcəlləsinə əsasən texniki dəyişikliklərin olunacağını qeyd edib. Onun sözlərinə görə, mövcud Seçki Məcəlləsi ilə tam demokratik seçki keçirmək mümkündür.

Avropa İttifaqı cümə axşamı Azərbaycana dair dərc edilmiş məruzəsində seçicilərin və namizədlərin etibarının təmin edilməsi üçün Azərbaycanı Mərkəzi Seçki Komissiyasının və daha aşağı səviyyəli komissiyaların tərkibini dəyişdirməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti