...

Türkmənistanın yeni səfiri etimadnaməsinin surətini Azərbaycan XİN-in rəhbərinə təqdim edib

Siyasət Materials 8 Aprel 2008 17:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 aprel/ Trend , müxbir S.Ağayeva/ Azərbaycan və Türkmənistan arasında ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi üçün hər iki dövlətin milli maraqlarına uyğun olan əlverişli şərait yaradılıb. Bu barədə Azərbaycan XİN -in rəhbəri Elmar Məmmədyarov çərşənbə axşamı, Türkmənistanın Bakıdakı yeni səfiri Annamamed Mamedovun etimadnaməsinin surətini qəbul edərkən bildirib.

Məmmədyarov vurğulayıb ki, əlverişli şərait bütün sahələrdə münasibətləri inkişaf etdirməyə imkan verir. Bundan istifadə edərək, hər iki ölkənin xarici işlər nazirlikləri arasında məsləhətləşmələr keçirmək və enerji, humanitar, elmi-tədris və hərbi sahələrdə birgə fəaliyyət göstərmək lazımdır.

Türkmənistanın Azərbaycandakı səfirliyi yeddi illik fasilədən sonra öz fəaliyyətini bərpa edib.

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun sərəncamı ilə martda Azərbaycana yeni səfir təyin edilib.

Azərbaycana səfir təyin edilənədək Mamedov Türkmənistanın İstanbuldakı (Türkiyə) baş konsulluğunda çalışıb.

Yeddi il əvvəl Türkmənistanın Azərbaycandakı səfiri Xəzərdə mübahisəli yataq üzrə fikir ayrılıqlarına görə geri çağırılıb.

Son zamanlar Türkmənistanda prezident dəyişikliyindən sonra, bu ökə Azərbaycanla Bakının türkmən qazına görə yaranan borc məsələsi üzrə razılığa gəlib, Xəzərdə sərhədlərin delimitasiyası üzrə danışıqları fəallaşdırıb.

Aşqabad Qərbin irəli sürdüyü və türkmən qazının Azərbaycan və Türkiyədən keçməklə, Avropaya tədarükü ilə bağlı olan TransXəzər qaz kəmərinin tikitisi üzrə layihəyə dair müzakirələrə də qayıtmağa hazırdır.

Müəlliflə əlaqə saxlamaq üçün

Xəbər lenti

Xəbər lenti