Azərbaycan, Bakı, 14 aprel / Trend , müxbir Q.Cəbiyev/ Hakim Yeni Azərbaycan Partiyasında (YAP) kadr dəyişikliyi həyata keçirilib. Bu barədə bazar ertəsi Trend -a hakim partiyadan məlumat verilib.
Məlumata görə, YAP-ın İsmayıllı rayon təşkilatının növbədənkənar VII konfransı keçirilib və təşkilatın sədri dəyişdirilib. Təşkilat üzvlərinin yekdil rəyi ilə, Azər Abbasovun yerinə Əzizə Vahabova YAP İsmayıllı rayon təşkilatının sədri seçilib.
Dəyişikliyin səbəbləri açıqlanmayıb.
Konfrans nümayəndələri YAP İsmayıllı rayon təşkilatının 39 nəfərdən ibarət Şurası, 15 nəfər tərkiblə İdarə Heyəti və 7 nəfərlik Nəzarət Təftiş Qrupu seçib.
YAP 1992-ci ildə Naxçıvanda Heydər Əliyev tərəfindən təsis olunub. Partiyanın hazırki sədri prezident İlham Əliyevdir. YAP 14 ildən artıqdır iqtidardadır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]