...

BMT Azərbaycanın tolerantlığa sədaqətini yüksək qiymətləndirir

Siyasət Materials 18 Aprel 2008 14:31 (UTC +04:00)
BMT Azərbaycanın tolerantlığa sədaqətini yüksək qiymətləndirir

Azərbaycan, Bakı, 18 aprel/ Trend , müxbir S.Ağayeva/ Çoxsaylı etnik və dini qrupların nümayəndələrinin dinc yaşadıqları, mövcud olduqları Azərbaycan cəmiyyətinin ənənəvi yüksək tolerantlıq səviyyəsi BMT tərəfindən yüksək qiymətləndirilir. Bu barədə BMT-nin Cenevrədəki Bölməsinin Baş direktoru, BMT Baş katibinin müavini Sergey Orconikidze Azərbaycan fotoqraflarının "Mədəniyyətlərin görüşdüyü ölkə: güc müxtəliflikdədir" sərgisinin açılışında bildirib.

Orconikidze Azərbaycanın Təşkilatın müxtəliflik və dözümlülük kimi əsas prinsiplərinə dərin sədaqətinin aydın sübutu kimi, Cenevrədə Millətlər Sarayında açılan sərgini göstərib. Bu barədə Azərbaycanın BMT-nin Cenevrə Bölməsindəki daimi nümayəndəsi Elçin Əmirbəyov cümə günü telefonla Trend a bildirib.

BMT-nin mədəni tədbirlər proqramında fəal iştiraka görə Azərbaycanın daimi nümayəndəliyinə minnətdarlıq edən BMT-nin Cenevrə Bölməsinin Baş direktoru fotosərginin təşkilinin zəruriliyini və vaxtında keçirildiyini vurğulayıb.

O, Azərbaycanın zəngin etnik və dini palitrası ilə tanış edən çoxsaylı fotoşəkillərin sərgini ziyarət edən insanlarda səmimi maraq doğuracağına əmin olduğunu bildirib.

BMT-nin Cenevrə Bölməsinin Baş direktoru BMT-nin himayəsi altında keçirilən müxtəlif mədəniyyətlər və sivilizasiyaların dialoquna Azərbaycanın əhəmiyyətli töhfəsini yüksək qiymətləndirib. O, həmçinin Azərbaycanın "Sivilizasiyaların alyansı" təşəbbüsünün reallaşdırılmasında vacib rol oynadığını vurğulayıb.

Müə

Xəbər lenti

Xəbər lenti