...

Azərbaycanın Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri yenidən atəşkəs rejimini pozublar

Siyasət Materials 21 Aprel 2008 10:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 20-də saat 15.40-dan 15.50-dək Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunun ərazisində yerləşən mövqelərini, aprelin 21-də saat 04.35-dan 04.45-dək Ermənistan Respublikası Berd rayonu Çinarlı kəndindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun ərazisində yerləşən mövqelərini, saat 06.30-dan 06.40-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda cavab atəşilə düşmən susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti