...

Azərbaycan prezidenti Türkiyənin nümayəndə heyətini qəbul etmişdir

Siyasət Materials 24 Aprel 2008 21:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel / Trend / Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Prezident sarayında Türkiyənin əmək və sosial müdafiə naziri Faruk Çelikin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlətimizin başçısı Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev ölkələrimizin müxtəlif dövlət qurumları və strukturları arasında, o cümlədən əmək və əhalinin sosial müdafiəsi nazirlikləri arasında əlaqələrin inkişafından məmnunluğunu bildirdi. Dövlətimizin başçısı Türkiyənin əmək və sosial müdafiə naziri Faruk Çelikin ölkəmizə səfərinin əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini söylədi.

Türkiyənin əmək və sosial müdafiə naziri Faruk Çelik Türkiyə Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını Prezident İlham Əliyevə çatdırdı. Azərbaycana ilk dəfə səfər etdiyini bildirən qonaq ölkəmizdə gedən yüksək inkişaf proseslərinin şahidi olduğunu dedi. O, Bakıda keçirdiyi görüşlər barədə dövlətimizin başçısına məlumat verərək bildirdi ki, aparılan müzakirələr əlaqələrimizin daha da möhkəmlənməsinə kömək edəcəkdir.

Xəbər lenti

Xəbər lenti