...

Azərbaycan prezidenti görkəmli alim, akademik Roald Saqdeyevi qəbul edib

Siyasət Materials 25 Aprel 2008 17:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 aprel / Trend / Azərbaycan prezidenti İlham Əliyev aprelin 25-də Prezident sarayında görkəmli alim, akademik Roald Saqdeyevi qəbul edib.

Bir il bundan əvvəl Azərbaycana səfər etdiyini vurğulayan Saqdeyev Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində, Aviasiya Akademiyasında və eləcə də Kibernetika İnstitutunda keçirdiyi görüşlər barədə məlumat verib.

Prezident Əliyev bildirib ki, bu səfər qonağa Azərbaycanda elmin inkişafı və yeni texnologiyanın tətbiqi ilə yaxından tanış olmaq imkanı yaradacaq. Ölkə başçısı görkəmli alimin Azərbaycana səfərinin alimlər arasında təcrübə mübadiləsinin aparılması işinə də töhfə verəcəyinə əminliyini söyləyib.

Xəbər lenti

Xəbər lenti