Azərbaycan, Bakı, 01 may / " müxbir S.Ağayeva/ Aşqabadda cümə axşamı Xəzərin statusu üzrə Azərbaycan-Türkmənistan danışıqları başlayıb. Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi Azərbaycan XİN nümayəndə heyəti Türkmənistanın paytaxtında işgüzar səfərdədir. Bu barədə cümə axşamı Azərbaycanın Aşqabaddakı səfirliyindən məlumat verilib.
Xəzər dənizinin dibinin sahilyanı dövlətlər arısında bölünməsi məsələsində Azərbaycan, Rusiya və Qazaxıstan bir-bininə qarşı heç bir iddia irəli sürmür. Bu üç dövlət arasında müvafiq məsələ ilə bağlı ikitərəfli, eləcə də üçtərəfli razılıqlar imzalanıb. Tərəflər orta bölünmə xəttinin koordinatı ilə bağlı da vahid fikrə gəliblər. Lakin Türkmənistan və İran orta bölünmə xəttinin koordinatının təyin edilməsi ilə bağlı hələ öz mövqelərini açıqlamırlar. Bu hal, uzun illər davam edən müzakirələrə baxmayaraq, Xəzərin statusunun müəyyənləşdirilməsinə mane olur.
Azərbaycan və Türkmənistan arasında əsas fikir ayrılığı "Kəpəz" yatağı iləbağlıdır. Türkmənistan tərəfi bu yatağı özününkü hesab edir və onu "Sərdar" adlandırır. Seysmokəşfiyyat məlumatlarına əsasən, yataqda 150 mln. barel neft ehtiyatı və qaz kondensatı olması güman olunur.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]