...

RXDU-da erməni və azərbaycanlı tələbələr arasında kütləvi əlbəyaxanın qarşısı alınıb

Siyasət Materials 2 May 2008 05:09 (UTC +04:00)
RXDU-da erməni və azərbaycanlı tələbələr arasında kütləvi əlbəyaxanın qarşısı alınıb

Rusiya, Moskva, 1 may / Trend müxbir R.Ağayev / Hər il mayın 1-də Moskvada Rusiya Xalqlar Dostluğu Universitetində (RXDU) keçirilən "Cənub-Qərb Planeti" adlı xalqlar dostluğu Festivalı erməni və azərbaycanlı tələbələr arasında kütləvi əlbəyaxanın yaranma təhlükəsi üzündən dayandırılıb. Bu barədə Trend -a şənlikdə iştirak edən RXDU-nun tələbəsi məlumat verib.

Onun sözlərinə görə, hər şey universitetin səhnəsində Azərbaycanın milli mahnısını erməni mahnısı kimi təqdim edən erməni ansamblının çıxışından sonra başlayıb. Buna dərhal azərbaycanlı tələbələr reaksiya veriblər. Azərbaycan və Türkiyənin bayraqlarını yelləndirən azərbaycanlı tələbələr "Azərbaycan" sədaları altında erməniləri Azərbaycan xalqının milli-mədəni varlığını oğurlamaqda ittiham ediblər.

Şahidin sözlərinə görə, bundan sonra erməni təhqiredici anti-Azərbaycan şüarlarını səsləndirməyə və azərbaycanlı tələbələri tərəfinə plastik şüşələr atmağa başlayıblar. Azərbaycanlılar da buna eyni üsulla cavab veriblər. Ardınca hüquq-mühafizə orqanlarının əməkdaşları hadisələrin idarəolunmaz məcrayə keçməsindən ehtiyat edərək təxribatların törədilməməsi üçün ermənilərlə azərbaycanları hadisə yerindən uzaqlaşdırmağa çalışıblar.

Bu zaman qaradərili tələbələrdən biri isə səhnəyə çıxaraq erməni və azərbaycanlı tələbələri qarşılıqlı anlaşmaya çağırıb. Eyni cəhdi RXDU-nun rektorat nümayəndəsi də edib. O şənliklərin davam etdirilməsi üçün erməniləri və azərbaycanlıları nizam-intizamı bərpa etməyə çağırıb. Lakin bu çağırışlara rəğmən ermənilər və azərbaycanlılar sakitləşmirlər və bundan sonra milis işçiləri qarşı tərəfləri universitetin binasından çıxarmağa başlayırlar. Şənlik isə məlum səbəblər üzündən dayandırılır.

Hüquq-mühafizə orqanlarının əməkdaşları və OMON bölmələri qarşıdurmanın baş verməməsi üçün erməniləri yolun sağ tərəfi ilə, azərbaycanlıları isə sol tərəfi ilə "Belyayevo" metrosunadək müşaiyət edirlər. Bununla da erməni və azərbaycanlı tələbələr arasında kütləvi dava-dalaşın qarşısını almaq mümkün olur. Ötən il mayın 1-də RXDU-da erməni və azərbaycanlı tələbələr arasındakı toqquşmanın qarşısını almaq mümkün olmayıb. Ermənilərin silah işlətməsi nəticəsində tanınmış azərbaycanlı idmançı Ağəli Alışov güllə yarası alaraq xəstəxanaya aparılıb.

Şahidin bildirdiyinə görə, ermənilər bu dəfə də təxribat törəğməyə hazırlaşmışdılar. Belə ki, onların sayı 500 nəfərdən çox idi və aralarında RXDU-da təhsil almayanlar da var idi. Azərbaycanlıların sayı isə 100-150 nəfərdən çox deyildi.

Başqa bir azərbaycanlı tələbənin dediyinə görə, ermənilər mütamadi olaraq Azərbaycan əleyhinə yönəlmih müxtəlif təxribatlar törədirlər və özlərini hadisələrin qurbanı kimi təqdim etməyə çalışırlar. "Biz Rusiyanın müvafiq strukturlarını qəti olaraq ermənilərin bu ölkədə milli zəmindəki təxribatlarına son qoymağa çaırırıq. Öz tərəfimizdən, biz, Rusiyadakı azərbaycanlı gənclər, istənilən an Qarabağa doğru irəliləməyə və Ermənistanın işğalı altında olan bütün Azərbaycan ərazilərini azad etməyə hazır olduğumuzu bəyan edirik. Biz heç vaxt heç kimə imkan vermərik ki, xalqımızın milli-mədəni varlığını təhqir etsin ", - deyə azərbaycanlı tələbə vurğulayıb.

Erməni tələbəsinin bildirdiyinə görə isə o Moskva hüquq-mühafizə orqanları tərəfindən hadisə yerində dörd nəfər erməninin həbs edildiyini şahidi olub. Onların harada saxlanıldığı barədə hələlik heç bir məlumat yoxdur.

Xəbər lenti

Xəbər lenti