...

Cəzaların sərtləşdirilməsi Azərbaycanda yol hərəkəti qaydalarının pozulmasını azaldacaq(video)

Siyasət Materials 12 May 2008 17:55 (UTC +04:00)

Azərbaycan, Bakı,12 may / Trend , müxbir K. Zərbalıyeva/ Yol hərəkəti qaydalarının pozuntusuna görə nəzərdə tutulan cəzaların sərtləşdirilməsi sürücülər tərəfindən yol verilən pozuntuların sayının azalmasına səbəb olub.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov bazar ertəsi jurnalistlərə açıqlamasında bu barədə bildirib.

İdarə rəisinin sözlərinə görə, bu ilki göstəricilərlə ötən ilin göstəricilərinin müqayisəsi göstərir ki, yol qəzalarında ölənlərin və xəsarət alanların sayında ciddi fərq var.

Zeynalov bildirib ki, nəzərdə tutulan cərimələrin məbləği artığından, sürücülərin əksəriyyəti yol hərəkəti qaydalarına riayət edirlər. "Sürücülər hec nədən cərimə vermək, cəzalanmaq istəməzlər",- deyə idarə rəisi vurğulayıb.

Bu ilin əvvəlində "Yol hərəkəti haqqında" Qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilərək, yol hərəkəti qaydalarının pozuntusuna görə nəzərdə tutulan cəzalar sərtləşdirilib, cərimələrin məbləği artırılıb.

Bu ilin birinci rübündə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinin sayı 4 faiz, o cümlədən ölümlə nəticələnən qəzalar 15 faiz azalıb.Qəzalarda 176 nəfər həlak olub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti