...

Azərbaycanın Seçki Məcəlləsinə edilən dəyişikliklərə görə, prezidentliyə namizədlərin ödənişli telekanal və radiolarda təbliğatı məhdudlaşdırılıb

Siyasət Materials 14 May 2008 13:40 (UTC +04:00)
Azərbaycanın Seçki Məcəlləsinə edilən dəyişikliklərə görə, prezidentliyə namizədlərin ödənişli telekanal və radiolarda təbliğatı məhdudlaşdırılıb

Azərbaycan, Bakı, 14 may / Trend ,müxbir İ.Əlizadə/ Azərbaycanın Seçki Məcəlləsinə edilən dəyişikliklərə görə, prezidentliyə namizədlərin ödənişli telekanal və radiolarda təbliğatı məhdudlaşdırılıb. "Məcəlləyə dəyişikliyə əsasən, prezidentliyə namizədlər ödənişli telekanal və radiolarda seçki kampaniyasını "Reklam haqqında" qanuna müvafiq apara biləcəklər" çərşənbə günü Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının iclasında Seçki Məcəlləsinə edilən dəyişikliklərlə bağlı layihənin müzakirəsində Azərbaycanın Venesiya Komissiyasındakı üzvü Lətif Hüseynov bildirib.

Azərbaycan hökuməti ilə Avropa Şurası Venesiya Komissiyasının birgə müzakirələrindən sonra Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilib. Dəyişikliklərə əsasən, prezidentliyə namizədlərin dövlət televiziyası və radiosunda, dövlət mətbuat orqanlarında pulsuz təbliğatının aparılması qadağan olunub.

Seçki Məcəlləsinin əvvəlki variantında prezidentliyə namizədlərə dövlət televiziyası və radiosunda pulsuz 6 saat efir vaxtı verilirdi. Bundan əlavə, namizədlər özəl telekanallarda sutka ərzində seçki təbliğatı apara bilərdilər.

Hazırda prezidentliyə namizədlər yalnız İctimai Televiziyada pulsuz efir vaxtından istifadə edə biləcəklər. Ödənişli telekanallarda isə "Reklam haqqında" qanuna əsasən prezidentliyə namizədlər sutka ərzində yalnız 25 faiz efir vaxtından istifadə edə bilər.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək.

İclasda çıxış edən deputat Qüdrət Həsənquliyev isə bu dəyişikliyin əleyhinə çıxıb. Onun sözlərinə görə, bu dəyişiklikdən sonra namizədlərin telekanallarda efir vaxtı almasında ciddi problemlər yaranacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti