...

Gürcüstanın ən əsas problemi siyasi partiyalar arasında etibarın olmamasıdır – AŞPA məruzəçisi

Siyasət Materials 20 May 2008 14:02 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 20 may / Trend , müxbir N. Kirtsxalia/ Gürcüstan üçün ən başlıca problem siyasi partiyalar arasında etibarın olmamasıdır. Bu barədə çərşənbə axşamı Tbilisidə Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Gürcüstan üzrə məruzəçisi Matias Yorş bildirib.

Xəsarət almasına və xəstə olmasına baxmayaraq Yorş bu gün gözlənilmədən Tbilisinin "Tbilisi Merriott" mehmanxanasında qoltuqağacları ilə jurnalistlərin qarşısına çıxıb və bildirib ki, seçkilərə gəlməyə bilməzdi. O, digər müşahidəçilər ilə birgə parlament seçkilərində iştirak edən siyasi partiyaların nümayəndələri ilə görüşüb.

"İnamın olmaması 21 may seçkilərinin sülh şəraitində keçməsi üçün təhlükə yarada və gərginliyə gətirib çıxara bilər", - deyə Yorş bildirib və qeyd edib ki, "seçkilərdə iştirak edən partiyaların seçkilərin nəticələrini tanıması olduqca mühümdür".

"Biz həmçinin MSK-nı Gürcüstanda ədalətli seçkilərin keçirilməsi üçün əlindən gələni etməyə çağırırıq", - deyə AŞPA nümayəndəsi bildirib.

Gürcüstanda Parlament seçkiləri mayın 21-də keçiriləcək. Parlamentin yeni çağırışına 150 deputat daxil olacaq. Onlardan 75-i beş faizlik baryerin öhdəsindən gəlmək şərtilə partiya siyahısı üzrə seçiləcək, daha 75 deputat isə parlamentə mojaritar sistemlə düşəcək.

Xəbər lenti

Xəbər lenti