...

Azərbaycan Əməkdaşlıq Proqramının həyata keçirilməsi üzrə NATO qarşısında çıxış edib

Siyasət Materials 20 May 2008 18:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 may / " müxbir S.Ağayeva/ Brüsseldə Azərbaycan tərəfindən "Planlaşdırma və təhlil prosesi" Proqramının həyata keçirilməsi üzrə Hesabat müzakirə olunub.

Azərbaycanın NATO-dakı daimi nümayəndəliyindən Trend a verilən məlumata görə, NATO Komitəsi çərçivəsində, "26+1" formatında Brüsseldə keçirilən görüşdə hərbi-müdafiə, hərbi tikinti sahələrində Azərbaycanın apardığı islahatlar və Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfələr nəzərdən keçirilib.

Azərbaycan NATO ilə 1994-cü ildən "Sülh naminə tərəfdaşlıq" Proqramı çərçivəsində əməkdaşlıq edir və NATO standartlarına keçid üzrə fəal hərbi islahatlar həyata keçirir.

Ərazisində Dağlıq Qarabağ münaqişəsi olan Azərbaycan və NATO arasında əməkdaşlığın əsası 1994-cü il mayın 4-də "Sülh naminə tərəfdaşlıq" Proqramının - çərçivə sənədinin imzalanması ilə qoyulub.

Qarşılıqlı fəaliyyətin konkret istiqamətlərini müəyyən edən "Sülh naminə tərəfdaşlıq" Proqramı çərçivəsində rəsmi sənəd 1996-cı ilin aprel ayında imzalanıb. Hazırda Azərbaycan bu Proqrama müvafiq olaraq, üzərinə götürdüyü 50 -yədək vəzifəni yerinə yetirir.

Ekspertlər güman edirlər ki, Gürcüstan və Ukraynadan sonra, NATO-ya üzvlüyə namizəd Azərbaycan olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti