Azərbaycan, Bakı, 23 may / Trend M.Əliev/ Qərbə enerji resurslarının nəqli məsələsində düzgün siyasət Azərbaycanı regionun nüfuzlu dövlətinə çevirib. Bu barədə cümə günü Bakıda Azərbaycan Prezidentinin İcra Aparatının siyasi araşdırmalar və informasiya təminatı şöbəsinin rəhbəri Elnur Aslanov bildirib.
"Azərbaycanın ümumilli lideri Heydər Əliyev Cənubi Qafqazın Avropaya inteqrasiyasına imkan yaratmayanadək Avropa bu regiona öz strateji maraqları xaricində baxırdı", - deyə Aslanov Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi "Azərbaycan 2008: Müasirləşməyə gedən yol" konfransında çıxış edərkən bildirib.
"Biz inkişaf məqsədlərimizin dövlətçiliyimizin daxili çərçivələri ilə məhdudlaşdırılmadığını son illər dünya ictimaiyyətinə sübut etmişik. Biz regionda stabillik və çiçəklənmə üçün işləyirik", - deyə Aslanov bildirib.
O qeyd edib ki, son beş ildə prezident İlham Əliyevin məqsədi Azərbaycanda səmərəli dövlətçiliyin formalaşdırılmasından ibarət olub.
"Bizdən tez-tez soruşurlar ki, səmərəli dövlətçilik deyəndə nəyi nəzərdə tutursunuz? Cavab aydındır - hər bir vətəndaşın öz dövlətinə əmin olduğu, hər birimizin sakit və sərbəst şəkildə fəaliyyət göstərə bildiyi və dövlətin hər birimizin təhlükəsizliyinə zamin olduğu bir məkan", - deyə o bildirib.
Onun sözlərinə görə, Azərbaycan ölkədə demokratiyanın daha stabil və möhkəm olması üçün xeyli kompleks tədbirlər reallaşdırmalıdır.
"Bizim qarşımızda ölkənin dünyanın daha rəqabətqabiliyyətli dövlətləri sırasına çıxmasına imkan verən maksimum səmərəli iqtisadi strategiyanın formalaşdırılması vəzifəsi durur", - deyə Azərbaycanın Prezident Aparatının sədri qeyd edib.
Aslanov Azərbaycanın müasirləşdirilməsi məsələsinə toxunub və qeyd edib ki, bu prosesə kimsə xaricdən müdaxilə edəcəyi təqdirdə uğursuz olacaq. "Bizim qonaqpərvərliyimiz xaricdən hədiyyələrin qəbul edilməsi məsələsində məhduddur. Bizim siyasi mədəniyyətimiz milli mühitdə hazırlanan amillər nəzərə alınmaqla formalaşmalıdır" - deyə o bildirib.
Aslanovun sözlərinə görə, son illər Azərbaycan milli iqtisadiyyatının formasını dəyişib və konstruktiv partiyalı qarşılıqlı fəaliyyət, həmçinin tədricən yeni siyasi mühit formalaşdırmağa səy göstərir. "Bütün bunlar bizə yaxın gələcəkdə sıçrayış vəd edir" - deyə Aslanov qeyd edib.
Aslanov həmçinin Azərbaycanda qarşıdan gələn prezident seçkilərinə də toxunub və bildirib ki, "2008-ci il dönüş anı kimi olduqca mühümdür, bu ildə biz kamillik testi verəcəyik".
Məqalə müəllifi ilə əlaqə ünvanı : trend