...

Azərbaycan prezidenti Finlandiyaya ilk dəfə rəsmi səfər edəcək

Siyasət Materials 27 May 2008 13:55 (UTC +04:00)
Azərbaycan prezidenti Finlandiyaya ilk dəfə rəsmi səfər edəcək

Azərbaycan, Bakı, 27 may / Trend , müxbir M.Əliyev/ Azərbaycan prezidenti Finlandiyaya ilk dəfə rəsmi səfər edəcək. Bu barədə Trend -a çərşənbə axşamı Helsinkidən telefonla Finlandiya prezidentinin dəftərxanasından məlumat verilib.

Mayın 28-30-da baş tutacaq səfər zamanı İlham Əliyev Finlandiya prezidenti Tarya Halonenlə görüşəcək, parlamentdə olacaq və "Paasikivi" Cəmiyyətində muhazirə ilə çıxış edəcək. Cümə günü, mayın 30-da prezident İlham Əliyev Baş nazir Matti Vanhanenlə görüşəcək.

Xanım Halonenin Azərbaycana ilk səfəri 2005-ci ilin sentyabr ayında baş tutub. O, 2000-ci ildən Finlandiya prezidenti postunu tutur.

Neft və qaz idxal edən Finlandiya Azərbaycan ilə energetika sahəsində əməkdaşlığın inkişafında maraqlıdır. Bu ölkə atom enerjisi sahəsində dünya üzrə liderdir və hazırda burada dünyanın ən iri atom stansiyası inşa edilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti