...

Xarici dövlətlərin başçıları Respublika Günü münasibətilə İlham Əliyevi təbrik ediblər

Siyasət Materials 27 May 2008 23:23 (UTC +04:00)

28 may Respublika Günü münasibətilə xarici dövlətlərin rəhbərləri Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubları göndəriblər.


ABŞ prezidenti Corc Buş Amerika xalqı adından İlham Əliyevi və bütün Azərbaycan xalqını təbrik edib.


"Biz Dağlıq Qarabağ münaqişəsinin ədalətli və uzunmüddətli həllinin təmin edilməsində və Azərbaycanın Avratlantik birliyi ilə əlaqələrinin, o cümlədən demokratik təsisatları inkişaf etdirmək yolu ilə, gücləndirilməsində həlledici tərəfdaş kimi Azərbaycanla işləməyə hazırıq. Biz həmçinin Azərbaycanın Əfqanıstana dəstəyini artırmaq üçün göstərdiyi son səyləri yüksək qiymətləndiririk. İkitərəfli tərəfdaşlığımızın davamlı şəkildə inkişaf edəcəyinə ümidvaram", - deyə Buşun məktubunda deyilir.

Təbrik məktublarını həmçinin Çin, Almaniya, Pakistan, Türkmənistan, Belarus, Avstriya, İsveçrə, Çexiya, Vatikan və digər ölkələrin rəhbərləri göndəriblər.

Xəbər lenti

Xəbər lenti