...

Azərbaycan işğal olunmuş ərazilərində ekoloji terrorun qarşısını almaq üçün tədbirlər görmək niyyətindədir

Siyasət Materials 29 May 2008 13:38 (UTC +04:00)
Azərbaycan işğal olunmuş ərazilərində ekoloji terrorun qarşısını almaq üçün tədbirlər görmək niyyətindədir

Azərbaycan, Bakı, 29 may / Trend , müxbir C.Ağayeva/ Ekoloji vəziyyət də daxil olmaqla, Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətin bütün aspektləri təhlil ediləcək və müvafiq tədbirlər görüləcək. Bu barədə cümə axşamı jurnalistlərə Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.

Azərbaycanın Ekologiya Nazirliyinin məlumatına əsasən, işğal olunmuş ərazilərdə baş verən yanğınlar nəticəsində 2006-cı ildə Azərbaycana 159 mln. manat, 2007-ci ildə isə 15 mln. manat dəyərində ziyan dəyib.

ATƏT-in Ümumdünya Seçkilərin Monitorinq Mərkəzi, BMT-nin ətraf mühit proqramı, Avropa Komissiyası, Avropa İttifaqı və Avropa Şurası ekspertlərindən ibarət missiyası 2006-cı ildə baş verən yanğınlar nəticəsində regiona dəyən ziyanın qiymətləndirilməsi məqsədi ilə monitorinq həyata keçirib. Monitorinqin nəticələri əsasında ətraf mühit sahəsində tədbirlərin görülməsi üzrə tövsiyələr hazırlanıb. Münaqişə davam etdiyindən tövsiyələri həyata keçirmək mümkün deyil.

Nazir müavininin sözlərinə görə, Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət gərgin olaraq qalır, bu ərazilərə münasibətdə ermənilərin qanunsuz yerləşdirilməsi taktikası və iqtisadi istismar davam etdirilir. "Bu məsələyə BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət haqqında" qətnamə çərçivəsində nəzarət olunacaq", - deyə nazir müavini bildirib.  

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti