...

Kosovodakı sülhməramlı qüvvələrə rəhbərlik Türkiyədən Avstriyaya keçir

Siyasət Materials 29 May 2008 21:04 (UTC +04:00)

Avstriya, Vyana, 29 may/ Trend , müxbir A.Əsgərov/ Mayın 29-dan etibarən, Avstriya bir il müddətində Kosovodakı KFOR sülhməramlılarının çoxmillətli cənub briqadası üzərində nəzarəti qəbul ediləcək. "Avstriya bu yüksək məsuliyyətin keçəcəyi NATO-ya üzv olmayan birinci ölkədir. Komandan Yuxarı Avstriyada 4-cü zirehli piyada briqadasının komandanı briqadir Robert Peyder olub", - Austrian press agency cümə axşamı məlumat verib.

"KFOR rəhbərliyini Avstriya kontengentinin qəbul etməsi yüksək etibarı göstərir. Əminəm ki, biz bu vəzifəni yüksək peşəkarlıqla yerinə yetirəcəyik", - Avstriyanın müdafiə naziri Norbert Darabos (Norbert Darabos) bildirib.

Preyder yeddi ölkədən (Avstriya, Almaniya, İsveçrə, Türkiyə, Makedoniya, Bolqarıstan və Azərbaycan) 3800 əsgərə rəhbərlik edəcək. Kosovo sülhməramlı briqadasında Avstriya kontingenti təqribən 700 əsgərdən ibarətdir. Cənub çoxmillətli briqadanın rəhbərliyini Avstriya Türkiyədən alır.

Xəbər lenti

Xəbər lenti