...

Böyük pul, böyük neft, böyük risk - Heritage Foundation-nin aparıcı eksperti Ariel Koen

Siyasət Materials 2 İyun 2008 14:01 (UTC +04:00)

Fəlsəfə elmləri doktoru, Heritage Foundation-nin Rusiya və Avrasiya Tədqiqatlar və Beynəlxalq Enerji Təhlükəsizliyi Mərkəzinin aparici eksperti Ariel Koen xüsusi olaraq Trend üçün

Azərbaycan artmaqda olan neft qiymətlərindən hələ ki böyük gəlir götürür. Bir bareli 125 dollardan artıq olan neft ölkəyə gözlənilməyən həcmdə gəlir gətirir və son bir neçə on il ərzində insanların görmədiyi sosial və iqtisadi inkişafa yol açır.

Çiçəklənmə və sürətli inkişaf tempi yalnız XIX əsrin sonu, XX əsrin əvvəllərində neft sənayesinin sürətli inkişafı ilə müqayisə oluna bilər ki, bu dövrdə azərbaycanlı və xarici maqnatlar aparıcı neft sənayesini dünyada inkişaf etdirir və Bakının mərkəzində möhtəşəm imarətlər ucaldırdılar.

Lakin neftin qiymətlərinin kosmik sürətlə artmasında bir mənfi cəhət də var ki, bu, Azərbaycanın müttəfiqlərinə, Birləşmiş Ştatlar, Qərbi Avropa, Çin, Yaponiya və enerji resurslarına malik olmayan ölkələrə mənfi təsir göstərir.

Amerika və Qərbin rəqibləri Rusiyadan İrana və oradan da Venesuelaya qədər səfər etməklə neft axtarışlarına böyük vəsait sərf edirlər, baxmayaraq ki, ABŞ və onun müttəfiqlərinə qarşı yönəlmiş proqramlar neft gəlirləri vasitəsilə maliyyələşdirilir.

Böyük məbləğdə dollarlar neft sultanlarına və diktatorlara imkan verir ki ABŞ-ı hədələsinlər, siyasətçiləri və akademikləri satın alsınlar və seçkilərin nəticələrini pul gücünə öz xeyirlərinə dəyişsinlər.

Neftin qiyməti qismən təklif və spekulyasiya səbəbindən qalxır. Bunun digər bir səbəbi isə ondan ibarətdir ki, Neft İstehsal və İxrac Edən Ölkələrin (OPEK) yaratdığı kartel və kartelə üzv olmayan Rusiya kimi istehsalçı ölkələr əmin edirlər ki, beynəlxalq neft şirkətləri quruda neft ehtiyatlarına malik deyil.

Misal üçün, ötən il Exxon öz kəşfiyyat büdcəsinin yalnız 4%-ni Uzaq Şərq ölkələrində xərcləyib, belə ki, yerli hökumətlər Qərb şirkətlərinə öz ölkələrinin taleyini nəzarətə götürməyə imkan vermirlər.

Beləliklə, qlobal neft hasilatı qeyri-şəffaf və korrupsiyaya qurşanmış neft şirkətlərinin ixtiyarındadır, baxmayaraq ki, neft ehtiyatlarına malik ölkələr sürətlə artmaqda olan qiymətlərdən, təsəvvür edilməyəcək həcmdə var-dövlətdən bəhrələnirlər.

Əsas neft istehsal edən ölkələrin gəlirləri son üç il ərzində dörd dəfə artıb. 11 sentyabr hadisələrindən sonra isə neftin qiyməti beş dəfədən çox, yəni bir barel üçün 20 dollardan 125 dollara qədər yüksəlib. Bu il bütün dünya üzrə neft idxalına 3 trilyon ABŞ dollarının xərclənməsi nəzərdə tutulub, Avropa və ABŞ-ın burda payı təxminən 2 trilyon dollar təşkil edəcək.

Bu vəsaitlər dövr edərək geriyə, ən qanuni yollarla ABŞ-a qayıdır. Suveren İnvestisiya Fondları Amerikanın Citigroup, Merrill Lynch, Morgan Stanley, Blackstone və Carlyle Group kimi çox sayda maliyyə flaqmanlarının iri həcmli paylarını ələ keçiriblər.

ABŞ-ın başlıca nəhəng korporativlərində ciddi pay əldə edən xarici ölkə ABŞ-ın mərkəzi və digər regionlardakı siyasətinə təsir göstərə bilər. Neft şeyxləri ekstermizm və terrorizmə olan münasibəti "yüngülcə dəyişdirə" bilər və lobbiçilik, siyasi kampaniyalara maliyyə yardımı göstərməklə siyasətçilərə doğru yol tapa bilərlər. Gələcəkdə isə bu vəsaitlər hesabına Boeing, General Electric, Lockheed Martin və digər nəhəng müdafiə və texnologiya üzrə şirkətlərin və ya CNN-dən FOX-a kimi bir sıra əsas KİV-in aktivləri alına bilər.

Lakin neft gəlirləri daha təhlükəli istiqamətlərdə xərclənə bilər. Pul vasitəsilə nüvə silahları proqramları, ballistik raket arsenalları və digər silahlar almaq olar. Pul terrorçu qüvvələri də maliyyələşdirə bilər.

Livanda demokratik yolla seçilmiş hökuməti devirmək məqsədi daşıyan bugünki cəhdlər İran tərəfindən maliyyələşdirilir. "Hizbullah" tam olaraq İrana məxsus təşkilatdır. "Hizbullah"ın başçısı Livanda "İranın ali liderinin nümayənədəsi" rəsmi titulunu daşıyır. "Hizbullah"ın İsrailə atdığı 27.000 raket isə İran tərəfindən alınıb.

İran eləcə də "Həmas"ı silahla təchiz edir və onun Qəzada nüfuz qazanmasını təmin edir. Bu yaxınlarda "Həmas"ın Al-Aqsa telekanalında uşaq proqramlarından birində "Həmas"dan olan balaca oğlanın ABŞ prezidenti Buşu öz otağında qətlə yetirməsini və Ağ Evin məscidə döndəriləcəyini elan etməsi təsvir olunur. Pul sevgini satın ala bilməz, lakin təbliğat apara bilər.

Qətərin ərəb və ingilis dilli televiziya kanalı Əl-Cəzirə bütün dünyada yayımlanmaq imkanına malik güclü təbliğat alətidir. Bu televiziya dünyanın ərəb dilli əhalisi, eləcə də Pakistan, Hindistan, London və Detroitdəki on milyonlarla tamaşaçıları ilə ünsiyyət quraraq Amerika əleyhinə amansızcasına təbliğat aparır.

Vahabilik kimi tanınan Salafi-Cihadi ideologiasnın beşiyi olan Səudiyyə Ərəbistanı yüzlərlə dini seminariyanı (mədrəsələri) maliyyələşdirir, Miçiqandan Manilaya qədər ABŞ-a nifrət bəsləyən anti-Semit əhval-ruhiyyəli müsəlman ekstremistlərinin yeni nəslini yetişdirir. Onlardan bəziləri silahlanaraq ABŞ və onun İraq və Əfqanıstandakı müttəfiqlərinə qarşı mübarizə aparacaqlar.

Səudiyyə Ərəbistanında bu yaxınlarda çıxarılan qərar (fitva) bir daha göstərdi ki, vahabilər digər dinlərin şərəflə yaşamaq hüququnu inkar edirlər. Tolerantlığı müdafiə edən iki jurnalist ölüm hökmünə məhkum olundu. Ali məktəb müəllimi kişi cinsindən olan şəxsin müşayiəti olmadan qadın cinsindən olan məzunla söhbət edən zaman "yaxalanarsa", həmin müəllim cismani cəza olaraq 150 şallaq alacaq.

AŞD-dakı məscidlərin əksəriyyəti Səudiyyə Ərəbistanı və Körfəz ölkələri tərəfindən himayə olunur. Səudiyyəlilər bir çox hallarda müsəlman icmalarını və məktəblərini dini liderlər (imamlar), tədris kitabları və proqramları ilə təmin edirlər. Dərslərin və dərs vəsaitlərinin məzmuna az nəzarət olunur, lakin Freedom House (İstiqlaliyyət Evi) tərəfindən aparılan tədqiqat nəticəsində bu dərslərin və kitabların anti-xristian, anti-yəhudi, anti-şiə, anti-amerika və anti-israil xarakteri daşıdığı məlum olub.

Prezident Corc Buş və vitse-prezident Çeyninin səfərlərinə baxmayaraq, Səudiyyə Ərəbistanı istehsalı artırmaqdan imtina edir, axı onlar bunu niyə etməlidirlər? Onlar bundan xüsusilə İsraildə öz istəklərini əldə etmək üçün təzyiq vasitəsi kimi istifadə edə bilərlər.

Riyyad da Vaşinqton, London, Brussel və dünyanın digər hissələrində lobbiçilər və "təsir göstərənlər" ordusuna malikdir. Bu muzdlular krallıq üçün müsbət imic formalaşdırır.

Onlar televiziya ekranlarında görünür, qəzetlər və jurnallar üçün məqalələr yazır və islam və Uzaq Şərq elmləri sahəsində universitet proqramlarına rəhbərlik edirlər. Səudiyyə Ərəbistanının şahzadələri Corctaun və Harvarddan tutmuş Kembric və Edinburqa kimi böyük nüfuza malik universitetlərə on milyonlarla vəsait xərcləyiblər.

Keçmiş yüksək vəzifəli hökumət rəsmiləri və səfirlər kral xidmətində hesab olunurlar və diplomatik xidmət sahəsində öz həmkarlarına təsir göstərirlər. Bu, İsraili Fələstin qaçqınlarının kütləvi axını vasitəsilə zəiflətməyə çağıran Səudiyyə Ərəbistanının "sülh planı"nın ABŞ tərəfindən yüksək səviyyədə necə dəstəklənməsini göstərir.

Bu, Atlantadakı Karter Mərkəzinə Körfəz neftindən necə milyonlarla pay düşməsini göstərir. Buna görə də Cimmi Karter İran-Səudiyyə Ərəbistanının müştərisi olan "Həmas" üçün reklam vasitəsi kimi görsənir.

Bundan əlavə, Venesuelanın sosialist və faşist lideri Huqo Çavez milyardlarla neft subsidiyaları ayırmaqla Latın Amerikasında asılılıqda olan imperiya yaratmaq istəyir. Qonşu Ekvadorda ölmüş partizan liderinin leptopundan əldə edilən dəlil göstərir ki, Çavez Kolumbiya prezidenti Alvaro Uribenin demokratik yolla seçilmiş hökumətini devirməyə cəhd edən Kolumbiyanın İnqilabi Silahlı Qüvvələrinin narko-partizanlarını dəstəkləyir.

İran prezidenti Mahmud Əhmədinejadın müttəfiqi olan Çavez Nikaraquanın Sandinista partiyasından olan liderlərini, Daniel Orteqa və onun xanımını ucuz neft və kreditlə təmin edir. Çavez eləcə də Kuba, Ekvador, Boliviya və Paraqvayda solçu liderləri və qüvvələri dəstəkləyir. Onların niyyəti ABŞ-ın təsirindən və Cənubi Amerikadakı müttəfiqlərdən imtina etmək və İran və "Hizbullah"ın Cənub Konusu ölkələrinə (Cənubi Amerikanın cənubunda yerləşən ölkələrin ümumi adı: Argentina, Braziliya, Paraqvay, Uruqvay və Çili) nüfuz etməsi üçün imkan yaratmaqdır.

Hazırda həmişəkindən daha çox anti-amerika əhval-ruhiyyəli olan Rusiya liderləri dostları satın almaq və qonşulara təsir göstəmək üçün puldan və güc alətlərindən necə istifadə etmək barədə artıq kitab yazıblar. Yeni İl bayramında Ukraynaya qaz təchizatını dörd gün müddətinə dayandırmaqla, onlar bunu bir nümunə kimi göstərdilər. Onlar Fransa və Almaniyanı hədələyərək Buxarest zirvə toplantısında onları ABŞ-a qarşı çıxmağa, Gürcüstan və Ukraynaya Şimali Atlantika Təhlükəsizlik Müqaviləsi Təşkilatı (NATO) Üzvlük Planının təqdim edilməsinə etiraz etməyə məcbur etdilər.

Rusiyanın "Qazprom" şirkəti Almaniyanın keçmiş kansleri Qerhart Şröyderi neft konsorsiumunun sədri təyin edib və belə bir təklifi İtaliyanın keçmiş Baş naziri və Avropa Birliyinin yüksək vəzifəli rəsmilərindən olan Romano Prodiyə də edib. Vladimir Putin həmçinin Amerika meylli hesab olunmalarına baxmayaraq Silvio Berluskoni və Fransa prezidenti Nikolas Sarkozi ilə enerji biznesini canlandırmaq istəyir. Alman iş adamları Kansler Anjela Merkelə Kremlin əvəzinə böyük həvəslə təzyiq göstərirlər. Bəziləri iddia edir ki, hazırda Rusiyanın Avropadakı nüfuzu Vaşinqtondakından daha yüksəkdir.

Nəhayət, İran, Rusiya, Venesuela və hətta ABŞ-ın dostu olan Küveyt enerji sövdələşmələrində avronun xeyrinə olaraq yaşıl valyutadan imtina edir. Ehtimal ki, bu, dollara olan tələbi azaldacaq, təklifi isə çoxaldacaq və ABŞ valyutasının nəzarətdən çıxmasına səbəb olacaq. Zəifləmiş dollar və yüksək infilyasiya tempi Amerikada uzun sürən iqtisadi geriləmə prosesini daha da dərinləşdirəcək.

Bu prosesin qarşısını almaq və neftlə zəngin rəqiblərlə mübarizə aparmaq üçün ABŞ qısa bir müddətdə öz yerli enerji sektorunu genişləndirməlidir. Qərbdə, Sakit və Atlantik Okeanı kotinental şelfi boyunca və Alyaskada neft və qaz istehsalının, eləcə də kömür və nüvə enerjisindən istifadənin artırılması əslində bu işdə yardımçı ola bilər. ABŞ Azərbaycan, Anqola, Kanada, Nigeriya, Norveç, Ekvatorial Qvineya və başqa dost neft təchtzatçısı olan ölkələrlə münasibətlərə xüsusi diqqət ayırmalıdır.

ABŞ Konqresi həmçinin qarğıdalı etanoluna ayrılan subsidiyaları ləğv etməli və şəkər çuğundurundan hazırlanan və rəqabət qabiliyyətinə malik olan etanol üçün müəyyənləşdirilmiş tarifləri aradan qaldırmalıdır. Braziliya və Afrika İyova və Nebraska ilə müqayisədə daha çox etanol istehsal edə bilər. Lakin gələcəkdə qlobal sərvətlərin OPEK-in nəhəng olkələri və ABŞ-a nifrət bəsləyən dövlətlər arasında yenidən bölüşdürülməsinin qarşısını almaq üçün daha mükəmməl texnologiyalara və həll yollarına ehtiyac var.

Dünyanın aparıcı dövlətləri əsas iqtisadi faktorlar üzündən həm inkişaf etmiş, həm də tənəzzülə uğramışlar. Lakin bu, ABŞ-la baş verməməlidir. Aparıcı neft istehsal edən ölkələr bilməlidirlər ki, ABŞ-ı hədələmək və ya müflis etməklə məhv etmək olmaz. ABŞ-ın Xəzərdən Orta Şərqə, Sakit Okeandan Atlantik Okeanına qədər müttəfiqləri bilməlidirlər ki, ABŞ həqiqi və etibarlı dostdur.

Müəllifin rəyi Trend informasiya agentliyinin redaksiyasının rəyi ilə üst-üstə düşməyə bilər.

Xəbər lenti

Xəbər lenti