Azərbaycan, Bakı, 04 iyun / Trend , müxbir S.Ağayeva/ Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti postuna yeni seçilən Dmitri Medvedyevin ilk görüşü Sankt-Peterburqda baş tutacaq.
Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratovun çərşənbə günü jurnalistlərə verdiyi məlumata görə, prezidentlər iyunun 6-8-də Rusiyanın şimal paytaxtında keçiriləcək Sankt-Peterburq iqtisadi forumu çərçivəsində görüşəcəklər.
İki dövlət başçısı ikitərəfli, regional, həm də beynəlxalq əməkdaşlıq üzrə müxtəlif məsələləri müzakirə edəcəklər.
Səfir bildirib ki, bu görüş zamanı Rusiya prezidentinin Azərbaycana rəsmi səfər tarixi müəyyənləşə bilər. İstratov bildirib ki, dəvət var və səfər "ən qısa vaxtda" həyata keçirilə bilər.
Məqalə müəllifi ilə əlaqə ünvanı : trend