...

Azərbaycan parlamentinin komissiyası iki rayonun mərkəzinə şəhər statusu verilməsini təsdiq edib

Siyasət Materials 6 İyun 2008 13:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 iyun/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamentinin Regional məsələlər daimi komissiyası ölkənin cənub bölgəsində yerləşən Yardımlı və Lerik rayonlarının mərkəzlərinə şəhər statusu verilməsini təsdiq edib. "Yardımlı və Lerik rayonlarının mərkəzlərinə şəhər statusu verilməsi bu rayonların sosial və iqtisadi inkişafını sürətləndirəcək", - deyə parlamentin Regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə bildirib.

Trend -un məlumatına görə, Regional məsələlər daimi komissiyasının cümə günü keçirilən iclasında Yardımlı və Lerik rayonlarının mərkəzlərinə şəhər statusunun verilməsi məsələsi müzakirə olunub.

Rəhimzadə qeyd edib ki, Lerik rayonunun mərkəzində əhalinin sayı 7300 nəfər təşkil edir. Rayonun mərkəzində olan infrastruktur ora şəhər statusunun verilməsinə imkan verir.

Yardımlı rayonunun mərkəzində isə əhalinin sayı 4100 nəfər təşkil edir. Şəhər statusunun verilməsi üçün rayonun Daşkənd, Əsədabad və Ünəş kəndləri də mərkəzlə birləşdiriləcək. Bundan sonra rayon mərkəzində əhalinin sayı 6600 nəfər təşkil edəcək.

Komissiya Yardımlı və Lerik rayonlarının mərkəzinə şəhər statusu verilməsini təsdiqləyib və məsələnin parlamentdə müzakirəyə çıxarılmasını tövsiyə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti