...

Azərbaycan prezidenti Rusiya ilə gələcək münasibətlərin inkişafına ümid edir

Siyasət Materials 6 İyun 2008 17:06 (UTC +04:00)
Azərbaycan prezidenti Rusiya ilə gələcək münasibətlərin inkişafına ümid edir

Azərbaycan, Bakı, 06 iyun / Trend , müxbir S.Ağayeva/ Azərbaycan prezidenti Rusiya ilə gələcək münasibətlərin inkişafına ümid edir .

"Mən ümid edirəm ki, bizim münasibətlərin gələcək inkişafı əvvəllər olduğu kimi müsbət olacaq, biz bir çox istiqamətlər üzrə fəal iş aparacağıq", - deyə Azərbaycan prezidenti İlham Əliyev cümə günü Sankt-Peterburqda rusiyalı həmkarı Dmitri Medvedyevlə görüş zamanı bildirib. Bu barədə "Vesti" telekanalı xəbər yayıb.

Prezident Azərbaycan və Rusiya arasındakı münasibətlərin "dinamik və pozitiv inkişaf etdiyini" bildirib. Prezident bildirib ki, bu, tərəfdaşlar arasındakı münasibət kimi xarakterizə olunur.

"Mən çox şadam ki, biz sürətli templə irəliləyirik, regionda fəal qarşılıqlı fəaliyyət göstririk", - deyə İlham Əliyev bildirib.

Dmitri Medvedyev iki ölkə arasında ünsiyyət üçün məsələlərin sayından razılığını ifadə edib.

"Bizim bir çox maraqlı layihələrimiz var, mal dövriyyəsi üzrə göstəricilər yaxşılaşır",- deyə Rusiya prezidenti bildirib.

Medvedyev Azərbaycana iyulun əvvəlinə nəzərdə tutulan ilk rəsmi səfəri zamanı əməkdaşlığın perspektivlərini müzakirə etməyə hazır oladuğunu vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti